"Azərbaycan mətbuatı referendum prosesini obyektiv işıqlandırıb.

Bunu Mərkəzi Seçki Komissiyasının (MSK) sədri Məzahir Pənahov deyib.

O bildirib ki, hər hansı neqativ hal baş verməyib, hansısa xoşagəlməz olay qeydə alınmayıb.

MSK sədri xatırladıb ki, Azərbaycan Respublikasının Konstitusiyasında dəyişikliklər edilməsi məqsədi ilə sentyabrın 26-da keçirilmiş ümumxalq səsverməsi prezidentin sərəncamı əsasında keçirilib. O qeyd edib ki, 29 maddə üzrə dəyişiklik səsverməyə çıxarılıb: "Seçicilərin səsvermə günü seçki məntəqələrinə gələrək səsverməsi üçün bütün şərait yaradılmışdı. Seçki komissiyaları operativ şəkildə işlərini yerinə yetirdilər. Azərbaycan xalqı referendumla bağlı fəallığını nümayiş etdirirdi.

M.Pənahov vurğulayıb ki, MSK aşağı seçki komissiyalarının maarifləndirilməsi istiqamətində işlər həyata keçirib.

MSK sədri bildirib ki, səsvermə beynəlxalq standartalara uyğun keçirilib.