Oktyabrın 12-də saat 10-dan 18-dək SOCAR-ın "Qaz İxrac İdarəsinin Siyəzən magistral qaz kəmərləri sahəsinin "Zarat, "Çandahar, "Qara Siyəzən, "Giləzi kərpic zavodu, "Hacılar MMC, "MMZ quşçuluq, "Beşdam ölçü qovşaqlarında cari təmir işləri aparılacaq. 

Unikal.org xəbər verir ki, təmir müddətində Siyəzən rayonunun Zarat, Çandahar və Qara-Siyəzən kəndlərinin təbii qaz təchizatında məhdudiyyətlər olacaq.