Paytaxtdaki yol nişanlarının əksəriyyətinə, xüsusilə də piyada nişanlarına günəş panelləri quraşdırılıb. Bundan əlavə, nişanların üzərinə xırda lampalar yerləşdirilib. Lakin həmin nişanların bəzilərinin üzərindəki işıqlar yanmır. Bu da həm piyadalar, həm də sürücülər üçün təhlükə yaradır.

Unikal.org xəbər verir ki, məsələ ilə bağlı Baş Dövlət Yol Polisi İdarəsinin şöbə rəisi Kamran Əliyev "Xəzər Xəbər"ə bildirib ki, həmin nişanlar işığı əksetdirmə qabiliyyətinə malikdir. Bu səbəbdən də üzərindəki lampalar yanmasa da, ciddi problem yarada bilməz. Bununla belə, həmin nişanların işlək vəziyyətə gətirilməsi üçün müvafiq tədbirlər görüləcək.