Azərbaycan millisi FİFA reytinqində xal hesabını artırıb. 

Unikal.org-un apasport.az saytına istinadən məlumatına görə, DÇ-2018-in seçmə oyununda səfərdə Çexiya ilə qolsuz heç-heçə edən yığmamız oktyabr qazancını daha da zənginləşdirib.

Üç gün önə Bakıda Norveçi 1:0 hesabı ilə məğlub edən komandamız iki matçın nəticəsində 152 xal əldə edib. Hazırkı cədvəldə 252 xalla dünyanın 133-cü komandası olan millimiz oktyabrın 20-də açıqlanacaq siyahıda 404 xala malik olacaq.

152 xallıq artım isə böyük sıçrayış vəd edir. Düzdü, bu, digər komandaların da nəticələrindən asılıdı. Lakin indiki siyahıda 404 xalın 85-ci yer üçün yetərli olduğunu qeyd edək.

Buna əsasən, komandamızın da 9-cu onluqda -81-90-cıyerlərdə qərarlaşacağını düşünmək olar.

Belə sıçrayış təxminən 50 pilləyə yaxın irəliləmək anlamına gəlir.