Argentina millisinin kapitanı Lionel Messi baş məşqçidən maraqlı xahiş edib.
Unikal.org-un Apasport.az-a istinadən məlumatına görə, "Barselonanın hücumçusu Mauro İkardinin milliyə çağrılmamasını istəyib.
Belə ki, Leo digər argentinalı hücumçu Maksi Lopeslə konflikti olan İkardinin milliyə layiq olmadığını düşünür. İki oyunçu arasındakı məsələyə müdaxilə edən Messi o kapitan olduğu müddətdə "İnterlini millidə görmək istəmədiyini bildirib.
Qeyd edək ki, Mauro İkardi Maksi Lopezin xanımı ilə münasibətdə olduğu üçün ikili arasında münaqişə yaranmışdı.