Məşhur "Forbes jurnalı dünyanın ən çox qazanan idmançılarının siyahısını açıqlayıb.
Unikal.org-un Apasport.az-aistinadən məlumatına görə, siyahıda yalnız yaşı 30-a qədər olan idmançılar yer alıb.
İlk pilləni "Barselonanın futbolçusu Lionel Messi tutur. Argentinalı superulduzun illik məvacibi 73,7 milyon avro dəyərində göstərilir. Onun ən yaxın izləyicisi 50,8 milyon avroluq gəlirlə basketbolçu Kevin Dyurantdı. İlk "üçlüyü isə tennisçi Novak Cokoviç (50,5 milyon avro) qapayır.
Siyahının ilk "10-luğunda daha iki futbolçu var. Bunlar Neymar (33,9) və Qaret Beyldi (32,5).