Futzal üzrə UEFA kubokunun əsas mərhələsinin II qrupunda son oyunlar keçirilib.
Unikal.org apasport.az-a istinadən xəbər verir ki, Azərbaycan çempionu "Araz" Makedoniyada keçirilən oyunların sonuncusunda yerli "Zalezareç"i meydana çıxmağına peşman edib.
15 qol vuran çempionumuz cəmi 4 qola üzülüb. Maraqlıdı ki, təmsilçimiz matç ərzində qapı istiqamətinə 70 zərbə vurub ki, onlardan 34-ü çərçivəyə düşüb.
Rəqibdə isə bu göstərici müvafiq olaraq 17, 7-ə bərabərdi.
"Araz" | "Zalezareç" | |
15 | Qollar | 4 |
70 | Qapıya zərbə | 17 |
34 | Çərçivəyə zərbə | 7 |
24 | Çərçivədən kənar | 5 |
12 | Bloklanmış | 5 |
2 | Dirək, tir | 0 |
14 | Küncdən zərbə | 9 |
2 | Sarı vərəqə | 0 |
0 | Qırmızı vərəqə | 1 |
7 | Qayda pozuntusu | 3 |