Unikal.org türkiyə mətbuatına istinadən xəbər verir ki, "Fənərbaxçanın Holland futbolçusu Qreqori van der Vil və sevgilisi Stefani Bertram Rozla birlikdə İstanbulda əyləncə məkanlarından birində görünən zaman, futbolçu sevgilisini qısqandığını söyləyib:
"Rozu sevirəm və hər kişidə olduğu qədər mən də qısqancam.
Qreqori geyimlə bağlı suallara isə belə cavab verib: "Geyimlərimi özüm seçirəm. Roz heç vaxt mənim seçimimə qarışmaz, mən də ona qarışmaram. Beləliklə aramızda heç bir narazılıq olmur.