Unikal.org primetime.az-a istinadən xəbər verir ki, ötən gün Xəzər TV-də tanınmış aparıcı Zaur Kamalın təqdimatında yayımlanan "5-də 5" verilişinin budəfəki qonaqlarından biri əməkdar artist Zöhrə Abdullayeva olub.
Tanınmış sənətçi, aparıcının suallarını cavablandırıb.
-Müğənni kimdir?
- Müğənni, elin, obanın ruhunu oxşayan bir adamdır. Müğənni, ailəsini, sülaləsini dolandıran möhlətkeş varlıqdır.
-Müğənniliyə necə başlamaq olar?
-Mən müğənniliyə 2 yaşımdan başlamışam. Özü də çətin mahnı oxumuşdum.
-Sizi səhnədən məhrum etmək istəyən, əl-qolunuzu bağlayan, evə dustaq etmək istəyən kim idi?
-Bu barədə danışmayacam. Heç kim... Zaur sən yenə başladın belə suallar verməyə?! Qal nigaran, deməyəcəm.
-Hansı müğənniyə baxıb, güzgünün qarşısında saçını darayıb, oxuyurdunuz?
-Zeynəb Xanlarovaya...
-İlk dəfə əlindən tutub, toya apardığın, daha sonra sənin zəhmətini yerə vuran müğənni kimdir?
-Elə müğənni yoxdur. Mən kimə rast gəlmişəmsə, elə toyda olub. Əlindən tutub səhnəyə çıxara bilərəm. Amma toya yox.
-Dərdinizdən ölən kişi müğənni kimdir?
-Yalan danışma da, ay Zaur. Elə bir insan yoxdur axı.
-Həmişə rəfiqədən narazı olmusunuz. Bəs rəfiqə kimdir? Tərifini deyin.
-Rəhmətlik valideynlərim deyərdi ki, qız uşağının rəfiqəsi olmaz. Kürəkdən zərbə vurana, paxıllıq edənə rəfiqə deyilir.