Unikal.org türkiyə mətbuatına istinadən bildirir ki, müğənni Serdar Ortaçın xanımı Kloe Lauqan, Moda Həftəsində özünün dizayn etdiyi alt paltarlarını nümayiş etdirəndən sonra müxbirlərin qarşısına o geyimlərdən biri ilə çıxıb.
Serdar Ortaç xanımının geyimi haqda suallara cavab olaraq "Belə geyim hansı kişinin xoşuna gələr ki? Moda Həftəsi olduğu üçün qarışmaq istəmədim" deyib.
Daha sonra Kloenin "Bu geyim tərzi çox dəbdədir" sözünə müğənni "Mən belə modanın..." deyərək hər kəsi güldürüb.