Şeylin Vudlinin Şimali Dakotada Siu Rayonunda Dakota keçid neft kəməri layihəsinin əleyhinə keçirilən etiraz aksiyasında iştirak edən zaman həbs edilməsi, bənzər səbəblərdən həbs edilən digər Hollivud ulduzlarına nəzər salmamıza səbəb oldu.
Unikal.org publika.az-a istinadən bildirir ki, Corc Kluni atası ilə birgə Vaşinqton şəhərindəki Sudan səfirliyi qarşısında sudanlılara humanitar yardımın çatdırılmasına dair nümayiş keçirərkən həbs edilib.
Komediya ustası Stiv`O Los-Ancelesdəki "Sea World" əleyhinə etiraz aksiyası keçirərkən həbs edilib. Ona əraziyə icazəsiz girmə ittihamı irəli sürülmüşdü. Lakin o, insidentə görə peşman olmadığını bildirib.
Prezident Bartlet rolunun ifaçısı, aktyor Martin Şin insan haqlarından tutmuş ətraf mühitin qorunması məsələlərinə qədər fərqli etiraz aksiyalarında azı 60 dəfə həbs edilib.
Bu həbslərdən birincisi 1986-cı ildə olub.
Oskar qalibi Suzan Sarandon uzun zaman siyasi fəal olub və 1999-cu ildə o, Bronksda afrikalı mühacirlərin öldürülməsi əleyhinə keçirilən nümayişdə həbs edilən 219 nəfərdən biri idi.
Aktrisa 2011-ci ildə "Uoll Striti zəbt edin" adlı nümayişdə də həbs edilib.
Ona görə də Hollivud ulduzlarına nə deyirsiniz-deyin, amma onlar inancları uğrunda daim mübarizə aparırlar.