Əməkdar artist Röya Ayxan noyabrda baş tutacaq "Qadın" adlı solo-konsertindən danışıb.
Unikal.org-un Axşam.az-a istinadən məlumatına görə, müğənni "Xəzər maqazin"ə açıqlamasında bildirib ki, onu dinləməyə gələn xanımlarla söhbət edəcək:
"Solo-konsertimdə ayrılan qadınlardan danışacağıq. Həyatımda qadınlıq, güclü və gücsüz olmaq var. Qadınlara demək istəyirəm ki, arada yıxılırıq, amma möhkəm olsunlar. Bizim də baxdığımız və nəsə öyrəndiyimiz güclü qadınlar olub. İndi mənə də baxsınlar. Əziyyət olmayan yerdə bəhrə yoxdur".
Röya formada qalma sirrini açıqlayıb:
"Hazırda 50 kiloqramam. Hərdən 49, hərdən də 51 kiloqram oluram. Qadın incə olmalıdır. Səhnəyə çıxan adamam, formada olmalıyam. İstədiyim geyimi istifadə edirəm. Elə parçalar var ki, qadını kök göstərir. Mənim bu cür problemim olmur. Gündə 2 saat idman edirəm. Mənimlə məşğul olan müəllimim var. Çətindir, amma zülmə dözürəm. Həftədə bir dəfə isti təndir çörəyi aldırıb, pendirlə yeyirəm. Yağlı və bir çox sevdiyim yeməklərdən imtina etmişəm".
İfaçı kök xanım sənətçilərə də söz atıb:
"İstəyirəm, Azərbaycanda da sənətçilər 40-50 yaşda yaxşı görünsünlər. Elə geyinirlər ki, baxırsan, ordan-burdan ətlər çıxır. Bunu geyimlə gizlətmək olar, bizimkilər etmirlər. Elə parça seçirlər ki, köklüyü görünür. Niyə? Buna məcbursan? Enli paltar geyin".