"Qəbələ"nin yarımmüdafiəçisi Filip Ozobiç Azərbaycan yığmasının baş məşqçisi Robert Prosineçki ilə bağlı maraqlı fikirlər səsləndirib.
Unikal.or bildirir ki, Azerisport.az saytına açıqlamsında o, bunları söyləyib:
"Prosineçki çox yaxşı məşqçidir. Ən əsası isə odur ki, oyunçular onu sevirlər. Bu, çox vacibdir. Robert həmyerlimdir. Amma bu, o demək deyil ki, Azərbaycan yığmasında oynamaqda iddialıyam. Bu barədə danışmaq çox tezdir. Çünki "Qəbələ"yə yenicə keçmişəm. Məni hazırda daha çox Avropa Liqasının qrup mərhələsi çərçivəsində Fransa "Sent-Etyen"inə qarşı keçirəcəyimiz oyun narahat edir. Əvvəlki oyunlarda şanslardan yaxşı yararlana bilməmişik. Növbəti matçlarda uğur qazanmağımız lazımdır".