"Azəryol daha bir voleybolçunun keçidini həll edib.
Unikal.org -un Apasport.az-a istinadən məlumatına görə, Bakı təmsilçisi bu dəfə Ukrayna millisinin blokçusu Svetlana Dorsmanı rənglərinə bağlayıb.
23 yaşlı oyunçu ilə 1 illik razılıq əldə olunub. Yığmasının heyətində Avropa çempionatına vəsiqə qazanan Dorsman 2010-cu ildən əsas komandanın formasını geyinir. Aşağı yaş qrupunda da oynayan 184 sm boya malik blokçu vətənində "Severodonçanka və "Ximikdə oynayıb. O, Severodonetsk təmsilçisi ilə avrokuboklarda da oynayıb.
Qeyd edək ki, "Azəryol ondan öncə Ukraynadan Yelena Yakimçuku da transfer etmişdi. Eldar Yusubovu baş məşqçi postuna gətirən komanda Yuliya Kərimova, Zinaida Lyubimova, Oksana Kiselyova, Kseniya Pavlenko, Leyla Parşkova, Kristina Yaqubova və Anita Bredislə də müqavilə imzalayıb.