Əməkdar artist Elza Seyidcahanın müğənni Rəqsanə İsmayılova haqqında dediklərinə xalq artisti Aygün Kazımovadan dəstək gəlib.
Unikal.org-un məlumatına görə, müğənni "10-dan sonra verilişində R.İsmayılovanın "Müğənnilər sponsorları ilə sevgilidir sözlərinə əsəbiləşib:
"Elza düz deyir, bu söz-söhbətlər bitsin, sponsor sözü yığışdırılsın. Rəqsanə bir kəlmə söz dedi, hamımızı yerə vurdu. Rəqsanə, səndə belədirsə, bu o demək deyil ki, hamıda belədir. Hər kəsi öz arşınınla ölçmə. Bu başqalarına təhqirdir. Tənqid edirsən, əməyimizi, zəhmətimizi yerə vurursan. Allah bizə sənət, istedad verib, qazanırıq. Gecə-gündüz çalışırıq. Bəzi kişilərdən çox gəlir əldə edirik".
Qeyd edək ki, E.Seyidcahan R.İsmayılova haqqında bunları demişdi:
"Rəqsanə kimi müğənnilər efirə çıxandan sonra dərəbəylik oldu. Ağızlarına gələni danışdılar, durdular müğənnilərin arxasınca danışdılar, prodüserləri ilə canlı efirdə dalaşdılar, sponsorların müğənniləri maliyyələşdirməyini dedilər. Tərbiyəmizə, adət-ənənələrimizə zidd şeylər gətirdilər. Camaat da biz müğənnilərə hörmət etməkdən imtina etdilər. Bəzi şeylər gizli saxlanılmalıdır. Hər kəsin əyri-əskiyi var.
Axşam.az