Nigeriya futbolunda faciə baş verib. 

Unikal.org-un Apasport.az-a istinadən xəbər verir ki, yerli "Şutinq Starz klubunun futbolçusu İzu Jozef qətlə yetirilib.

Nigeriya çempionatında mövsüm başa çatdığından, 22 yaşlı mərkəz müdafiəçisi istirahət etmək üçün doğma şəhəri Okakiyə gedib. Lakin yerli bazarda baş verən qarşıdurma onun həlak olması ilə nəticələnib.
Klubun baş meneceri Raşid Baloqu ölümün dəqiq səbəbini hələ bilmədiklərini söyləyib: "Biz futbolçunun ölüm səbəbi ilə bağlı fərqli mesajlar alırıq. Hazırkı məqamda belə qənaətə gəlmək olar ki, təsadüfi açılan atəş zamanı güllə Jozefə tuş gəlib.

Nigeriya Futbol Federasiyasının prezidenti Amadju Pinnik isə futbolçulara xəbərdarlıq edib: "Bütün oyunçular ünsiyyət qurduqları insanlarla və getdikləri yerlərlə bağlı diqqətli olmalıdılar. Əvvəl-axır hamımız öləcəyik. Ancaq biz İzu Jozefin başına gələnlərlə digər futbolçuların üzləşməsini istəmirik.
Qeyd edək ki, "Şutinq Starz klubu Nigeriya Premyer Liqasını 47 xalla 15-ci pillədə başa vurub.