Futboldan uzaq hesab edilən Vyetnamda da bu idman növünün ulduzlarına maraq az deyil.
Unikal.org apasport.az-a istinadən xəbər verir ki, asiyalılar dəri top ustalarının təkcə oyununu yox, həm də şəxsi həyatını izləyirlər.
Bu günlərdə ekzotik sayıla biləcək ölkənin mediasında dünya futbolunun ulduzlarına həsr olunan yazı dərc edilib. Müəllif tanınmış simaların maraqlı addımlarına yer verib.
İspaniyalı Sesk Fabreqas 3-cü dəfə ata olacağını bilən kimi dünyaya gəlməyən körpənin UZİ-dəki görüntüsünü paylaşıb. "Çelsi"nin üzvü Daniella Semaanın ona bəxş edəcəyi uşaqla bağlı şəkli "İnstaqram"a yerləşdirməyi lazım bilib. İki qızı olan cütlük sevinclə ailədəki artımı səbirsizliklə gözləyir.
Argentinalı Lionel Messinin xanımının hamiləliyinə münasibəti də maraqlıdır. Cənubi amerikalı buna ironik pozalar verməklə diqqət mərkəzinə düşüb.
Şəxsi həyatında baş verən dəyişikliklər ulduzların oyununa fərqli təsir edir. Portuqaliyalı Kriştianu Ronaldu qol vurmaqla məmnunluq duyur. O, hər fərqlənməsini bayram kimi qeyd edir. Ueyn Runi isə əksinə, daha da bərbad oynayır.
Fransalı Pol Poqbanın pornoaktrisa Samanta Sanktdan aldığı hədiyyə vədi də vyetnamlıları vəcdə gətirib. Belə ki, Samanta futbolçuya bir şirin gecə vəd edib. Amma Samanta bunun üçün sərt tələb qoyub: "Mançester Yunayted"in "Liverpul"la görüşündə qol vur, sənin olum". Lakin ötən gecə baş tutan matçda Poqba qola, eyni zamanda aktrisaya həsrət qalıb.
Almaniya yığmasının türk yarımmüdafiəçisi Məsut Özil isə 28 yaşını gecə klubunda tək keçirməsi ilə fərqlənib. O, təkcə ad günündə deyil, Londonda yaşadığı müddətdə klublara tək yollanması ilə seçilir.
Ceymi Vardinin isə kənd mühitini sevməsi vyetnamlıların marağına səbəb olub. Səs-küylü şəhərlərdən bezən futbolçu hamilə xanımı ilə birlikdə məskunlaşmaq üçün 2,5 milyon funt-sterlinqlik kənd evi almağı lazım bilib. O, bununla azarkeşlərin yaratdığı narahatlıqdan da canını qurtarıb.