Unikal.org-un məlumatına görə, Arb tv-nin "Evgördü" verilişində qonaq olan aşıq Zülfiyyə ailəsindən söz açıb.
"Yoldaşımla cəmi 3 gün küsülü olmuşuq. Hamısı da oğlum Babək üzündən olub. Elə olub ki, o, uşağı döyüb, mən də ondan incimişəm. Mən söz deyəndə də, o, məndən inciyib. O, haqlı da olsa, haqsız da olsa, mən onun tərəfini tuturam. Ata hər zaman haqlıdır. 14 yaşımdan səhnədəyəm, amma hələ də kamera qarşısında sıxılıram".
Aşıq Zülfiyyə daha sonra mebellərinin qiymətini açıqlayıb:
"10 min dollara almışdıq, hardasa 9 ilin mebelləridir, bu evə təzə köçəndə almışdıq. Bahalı mallardır. Evin mebellərinə 20 minə yaxın xərcimiz çıxdı. Cehizim olmayıb. Atamgilin imkanı yox idi, ona görə alınmadı".