Məşhur meyxana ustası Rəşad Dağlı təxəllüsünü dəyişməyə qərar verib.
Unikal.org-un primetime.az-a istinadən məlumatına görə, meyxanaçı bu barədə ötən gün Xəzər TV-nin efirində tanınmış aparıcı Zaur Kamalın təqdimatında yayımlanan "5 də 5" verilişində danışıb:
"Verilişə gələndə bir az ehtiyat edirdim. Çünki təxəllüsümü dəyişərək, atamın adını özümə ləqəb götürmüşəm. Bundan sonra mənə Dağlı deyil, Rəşad Vaqifoğlu deyə müraciət etmək olar. İnşaAllah, bu təxəllüs də mənə düşərli olar və əvvəlki kimi sevilərəm". İl yarımdır efirlərə çıxmayan meyxanaçı, bu məsələyə belə aydınlıq gətirib: "Efir məkanında möhtəşəm layihələr azdır. Hər verilişə çıxmıram, hər aparıcının dəvətini də qəbul etmirəm. Sənətçinin etibarından dostluğundan sui istifadə edib, onu qalmaqala sürüklüyürlər".