Hülya Avşarın dekabrda tamaşaçılara təqdim etməyə hazırlaşdığı "Selfi" filmi ilə bağlı maraqlı məqam açıqlanıb.
Unikal.org-un türkiyə mətbuatına istinadən məlumatına görə, öz yaşadıqları haqqında film çəkən aktrisa həyatındakı kişiləri də ssenariyə daxil edib. Lakin o, son anda iki məşhur kişini ssenaridən çıxarıb. Bunlardan biri Hülyanın 1989-cu ildə sevgi yaşadığı keçmiş futbolçu Tanju Çolak, digəri isə az qala nikah masasına oturacağı futbol məşqçisi Sadettin Sarandır. Sənətçi bu qərarını belə açıqlayıb:
"Film haqqında pis reklam olar. Hər kəs o adlar haqda danışacaq və filmim kölgədə qalacaq".
Tanju Çolak
Sadettin Sarandır