İkinci Avropa Oyunlarını qəbul edəcək ölkə Avropa Olimpiya Oyunlarının Baş Assambleyasında müəyyənləşə bilər.
Unikal.org Trend-ə istinadən bildirir ki, assambleya oktyabrın 20-22-də Minskdə keçiriləcək.
Vəziyyətə yaxın mənbələrdən məlum olub ki, Belarus həmin oyunları keçirməyə aşkar namizəddir.
Xatırladaq ki, I Avropa Oyunları 2015-ci ildə Bakıda keçirilib.