FİFA 2018-ci ildə Rusiyada keçiriləcək dünya çempionatında istifadə olunacaq stadionlarla bağlı qadağa qoyub.

Unikal.org goal.az-a istinadən xəbər verir ki, mundialdan iki ay öncəyə qədər oyunların keçiriləcəyi arenalarda konsert keçirilməyəcək. Buna səbəb konsert zamanı ot örtüyünün zərər görməsi və öz keyfiyyətini itirməsidir.

Qeyd edək ki, Rusiyanın 11 şəhərində keçiriləcək DÇ-2018 iyunun 14-də start götürəcək və iyulun 15-də başa çatacaq.

Açılış oyunu paytaxt Moskvadakı "Lujniki" stadionunda olacaq.