Türkiyə Super Liqasında mübarizə aparan "Antalyaspor" klubu mövsümə uğursuz başlayıb.
Unikal.org xəbər verir ki, komanda son turda "Çaykur Rizəspor"la 1:1 hesablı heç-heçə etdikdən sonra azarkeşlər futbolçulara kəskin şəkildə etiraz edib. Stadionu tərk etməyən azarkeşlər bir müddət futbolçuları fitə basıblar. Onlar komandanın kapitanı Samuel Etoonu yanlarına çağırıb və onunla söhbət ediblər.
Tərəfdarlardan biri olan Mehmet Akdəniz kamerunlu futbolçuya: "Növbəti oyunumuz "Beşiktaş"a qarşıdır. Bu komandanın halı nə olacaq? Nə vaxt udacağıq?" - deyə söyləyib. Ulduz futbolçu isə azarkeşə belə cavab verib: "Ötən mövsüm çempionatı ilk "10-luq"da bitirəcəyimizi demişdim və bunu bacarmışdıq. Bu mövsüm də ilk "10-luq"da bitirəcəyik. Buna inan. Əgər bunu bacarmasaq, sənə 100 min avro verəcəyəm".
Samuel Etoo daha sonra tərcüməçisinin köməkliyi ilə azarkeşin telefon nömrəsini götürüb.