Rus idmançı Apti Axadovun olimpiya medalı əlindən alınıb.
Unikal.org apasport.az-a istinadən xəbər verir ki, London - 2012 Yay Olimpiadasında ağır atletika üzrə 85 kq çəki dərəcəsində gümüş medal qazanan atletin nəticəsi dopinq səbəbindən ləğv edilib.
Beynəlxalq Olimpiya Komitəsindən (BOK) verilən açıqlamada bildirilib ki, 23 yaşındakı Axadovun ikinci dopinq testi müsbət nəticə verib. Bu səbəbdən də onun mükafatı ləğv edilib.
Qeyd edək ki, həmin yarışda birinci yeri polşalı Adrian Edvard Zelinski, üçüncülüyü isə İran idmançısı Kianuş Rustami tutmuşdu.