Ötən mövsüm Avropa Liqasında qrup mərhələsinin son tur matçında "Qarabağ"ın İtaliya "İnter"inin qapısından keçirdiyi təmiz qolu saymayan hakim Miroslav Zelinka cəzalanıb.
O, Çexiya çempionatının son turunda keçirilən "Dukla - "Slovan oyununda kobud səhvə yol verib. Zelinka "Slovanın futbolçusuna qarşı kobudluğu penalti kimi qiymətləndirməli olduğu halda oyunu davam etdirib. Buna görə də o, Hakimlər Komitəsi tərəfindən 2 oyunluq cəzalandırılıb.
Qeyd edək ki, 2014-cü il dekabrın 11-də keçirilmiş matçın sonuncu uzatma dəqiqəsində Riçard Almeyda topu "İnter"in qapısından keçirsə də, Miroslav Zelinka həmin epizodda "ofsayd" olduğunu bildirərək, qolu saymayıb. Halbuki həmin qolun tam qaydalar çərçivəsində vurulduğu açıq-aşkar görünüb. Çexiyalı referinin yanlış qərarı üzündən 1/16 finala "Qarabağ" yox, Ukrayna "Dnepr"i çıxıb.