Sabah Avropa Liqasının qrup mərhələsində III turun oyunları keçiriləcək. 

Unikal.org-un Apasport.az-a istinadən məlumatına görə, bu turnirdəki təmsilçilərimiz "Qarabağ və "Qəbələ də növbəti matçlarına çıxacaqlar.

Son ölkə çempionu "Qarabağ Tofiq Bəhramov adına Respublika stadionunda PAOK-u qəbul edəcək. "Qəbələ isə Fransada "Sent-Etyenin qonağı olacaq. Sabah "ağ-qaralar qrup mərhələsində ilk qələbəsini, "qırmızı-qaralar isə ilk xalını qazanmağa çalışacaq.

Azərbaycanlı futbolsevərlər üçün maraq doğuran qarşılaşmalardan biri də Mançesterdə baş tutacaq. Türkiyə çempionatından fərqli, Avroliqada uğurlu çıxış edən "Fənərbaxça heç də yaxşı günlərini keçirməyən "Mançester Yunaytedin qonağı olacaq.

Türkiyənin bu turnirdəki digər təmsilçilərindən "Konyaspor "Braqanı əliboş yola salmağa çalışacaqsa, "Osmanlıspor evdə "Vilyarreala qalib gələrək liderliyə yüksəlmək barədə düşünür. "Konyaspor - "Braqa matçını azərbaycanlı FİFA referisi Əliyar Ağayev idarə edəcək.

İ qrupunda da azarkeşləri maraqlı görüş gözləyir. Belə ki, qrupda itkisiz irəliləyən "Krasnodarla "Şalke Rusiyada münasibətlərinə aydınlıq gətirəcəklər. Hələ də xal itirməyən komandalardan APOEL, "Zenit və "Ayaks səfər, "Şaxtyor isə ev oyununa çıxacaq.