Serbiyada təlim-məşq toplanışında olan 17 yaşadək futbolçulardan ibarət Azərbaycan yığması yoldaşlıq oyunu keçirib.

Unikal.org apasport.az-a istinadən xəbər verir ki, millimiz Belqradın "Partizan" klubunun U-19 komandası ilə qarşılaşıb.

Vüqar Məmmədin yetirmələri 2:1 hesabı ilə qələbə qazanıblar. Komandamızın qollarını Xaqani Sadıxov və Mutlu Aksu Doğan vurub.
Qeyd edək ki, yığmamız ilk oyununda "Voyvodina"nı 3:0 hesabı ilə məğlub etmişdi.