Kolumbiyalı futbolçu Hanyer Mosqueranın karyerası və azadlığı sual altına düşüb.
Unikal.org-un xarici mətbuata istinadən məlumatına görə, buna səbəb futbolçunun hamilə arvadını döyməsi olub. Liftdə həyat yoldaşına əl qaldıran Hanyer yumruq və təpiklərlə xanıma zərbə endirib. Həmin anlar liftin təhlükəsizlik kameraları vastitəsi ilə qeydə alınıb. Hamilə qadın hadisədən sonra xəstəxanaya müraciət edib.
Mosqueranın hadisəni törətdiyi an içkili olduğu deyilir.