"Qarabağın futbolçusu Dani Kintana Avropa Liqasının qrup mərhələsində həftənin ən yaxşı futbolçusunu seçilib.
Unikal.org-un qol.az-a istinadən verdiyi məlumata görə, UEFA-nın rəsmi saytında azarkeşlər arasında keçirilən sorğuda 69 faiz səs toplayan ispaniyalı yarımmüdafiəçi bütün rəqiblərini qabaqlayıb.
O,Kevin Monne Poke ("Sent-Etyen, 8 faiz), Viktor İbarbo ("Panatinaykos, 8 faiz), Pol Poqba ("Mançester Yunayted, 7 faiz), Raul Rusesku ("Osmanlıspor, 4 faiz), Antonio Kandreva ("İnter, 2 faiz), Yevgeni Konoplyanka ("Şalke, 2 faiz) və Nikola Kaliniçi ("Fiorentina, 1 faiz) böyük səs çoxluğu ilə geridə qoyub.
Qeyd edək ki, "Qarabağ - PAOK (2:0) matçının ən yaxşı futbolçusu seçilən 29 yaşlı futbolçu oyunda ilk qolun müəllifi olub.