ABŞ-lı gənc futbolçu Reuben Nsemohun başına maraqlı hadisə gəlib.
Unikal.org qafqazinfo-ya istinadən bildirir ki, 16 yaşlı futbolçu matçların birində baş nahiyəsindən ciddi xəsarət alıb. Dərhal xəstəxanaya çatdırılan futbolçu əməliyyat olunub və 3 gün koma vəziyyətində yatıb.
Futbolçunun valideyinləri "WSB Radioya açıqlamada bildiriblər ki, Reuben komadan ayıldıqdan sonra onları təəccübləndirib. Belə ki, ingilis dilindən başqa dil bilməyən gənc futbolçu komadan ayıldıqdan sonra sərbəst şəkildə ispan dilində danışıb. Onun bu vəziyyəti isə hər kəsin marağına səbəb olub. Reuben isə verdiyi açıqlamada heç vaxt ispan dilini bilmədiyini və ispanca bəzi sözləri kiçik yaşlarında qardaşından eşitdiyini vurğulayıb.
Valideyinləri bildiriblər ki, hazırda futbolçunun vəziyyəti yaxşıdır və onun bütün müalicə xərclərini özləri çəkirlər.(