İtaliya A seriyasında IX tura yekun vurulub.

Unikal.org apasport.az-a istinadən xəbər verir ki, turun ilk oyununda "Sampdoriya" və "Cenoa" üz-üzə gəliblər. Genuya derbisini meydan sahibləri qazanıblar.

Bu oyundan sonra isə nəinki İtaliyanın, hətta bütün Avropanın diqqəti Milana yönəlib. A seriyasının iki barışmaz rəqibi "Milan" və "Yuventus" "San Siro"da münasibətlərinə aydınlıq gətiriblər. Bu, Massimiliano Alleqrinin yetirmələrinin cari mövsümdə Milana ikinci səfəridi. Turin təmsilçisinin "San Siro"ya ilk səfəri komandanın cari mövsümdə ilk və hələ ki, yeganə məğlubiyyətiylə ("İnter" - 1:2) nəticələnmişdi. Maraqlıdı ki, bu görüş də əvvəlki kimi "Yuventus" üçün uğursuz nəticələnib.
"Qarabağ"ın Avropa Liqasının qrup mərhələsindəki rəqiblərindən "Fiorentina" isə səfərdə "Kalyari"ni darmadağın edib.

İtaliya A seriyası
IX tur
22 oktyabr
"Sampdoriya" - "Cenoa" - 2:1
Qollar: Muriel, 12, İzzo, 47 (öz qapısına) - Riyoni, 24
"Milan" - "Yuventus" - 1:0
Qol: Lokatelli, 65
23 oktyabr
"Udineze" - "Peskara" - 3:1
Qollar: Terau, 9, 71, Zapata, 90+3 - Akvilani, 74

"Atalanta" - "İnter" - 2:1
Qollar: Masiello, 10, Pinilya, 88 (pen.) - Eder, 50
"Kalyari" - "Fiorentina" - 3:5
Qollar: Di Cennaro, 2, Kapuano, 62, Boryello, 77 - Kaliniç, 20, 40, 53, Bernardeşi, 26, 31
"Empoli" - "Kyevo" - 0:0
"Krotone" - "Napoli" - 1:2
Qollar: Rosi, 89 - Kallexon, 17, Maksimoviç, 33
"Torino" - "Latsio" - 2:2
Qollar: Falke, 20, Lyayiç, 90+2 - İmmobile, 71, Murgia, 84
"Bolonya" - "Sassuolo" - 1:1
Qollar: Verdi, 10 - Matri, 87

"Roma" - "Palermo" - 4:1
Qollar: Salah, 31, Parades, 52, Ceko, 68, El Şaravi, 82 - Quayson, 80