Milli Televiziya və Radio Şurası (MTRŞ) "Space telekanalında yayımlanan "Bu maraqlıdır verilişində baş verənlərə münasibət bildirib.

Unikal.org xəbər verir ki, MTRŞ-nın Ekspertiza, proqramlaşdırma və analitik şöbəsinin müdiri Təvəkkül Dadaşov APA-ya açıqlamasında deyib ki, "Bu maraqlıdır verilişində hər hansı qanun pozuntusu olmasa da, verilişdə baş verənlər efirin toyxanaya çevrilməsi tendensiyasının davam etdiyini göstərir: "Bu tipli verilişlər xüsusilə "Spacedə çoxdur. Hər dəfə bu mövzuda irad bildirəndə, yayımçılar, o cümlədən "Space, reytinqi bəhanə gətirir. Teleradio məkanımızda bu mövsüm ciddi reytinq yarışı hiss olunur. Bunun da fəsadları göz önündədir.

Qeyd edək ki, "Space telekanalının efirində yayımlanan "Bu maraqlıdır verilişində toy səhnəciyi qurulub, aparıcı tamaşaçılarla birlikdə ayaqyalın rəqs edib.