Bakı Apellyasiya Məhkəməsində "Naftalan Sağlamlıq Mərkəzi" Müstəqil Müalicə Şirkətinin Bakı şəhər Baş Polis İdarəsi Dövlət Yol Polisi İdarəsinə qarşı şikayəti üzrə məhkəmə prosesi başa çatıb.
Unikal.org-un APA-ya istinadən məlumatına görə, iclasda qərar elan edilib. Qərara əsasən, şikayət təmin edilməyib.
Qeyd edək ki, mərkəz 1 saylı Bakı İnzibati İqtisad Məhkəməsinə müraciət edərək mərkəzə icarəyə verilən torpaq sahəsindən polis idarəsinin çıxarılması və inşa etdiyi avtomobil dayanacağının sökülməsini istəyib. Məhkəmə iddianı təmin etmədiyindən mərkəz apellyasiya şikayəti verib.