Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin torpaqlardan istifadəyə nəzarətin gucləndirilməsi, torpaq sahələrinin, xususilə də kənd təsərrьfatı torpaqlarının təyinatı ьzrə istifadəsi, bu sahədə aşkar edilən pozuntulara qarşı mьbarizə aparılması ilə bağlı tapşırıqlarına və muvafiq qanunvericiliyə uyğun olaraq Əmlak Məsələləri Dövlət Komitəsi torpaq ehtiyatlarından səmərəli, məqsədli və qənaətli istifadənin təmin edilməsi istiqamətində tədbirləri gücləndirib.
Komitə tərəfindən Bakı və regionlarda torpaqlardan əsassız və qanunvericiliyə zidd istifadə halları ilə bağlı mütəmadi monitorinqləri və torpaq reydləri keçirilir. Monitorinqlərin məqsədi torpaqların təyinatdan kənar və əsassız istifadə edilməsi, ozbaşına zəbt olunması, qanunsuz tikintilərin aparılması hallarını müəyyən etməkdir. Həmçinin, monitorinqlər və torpaq reydləri zamanı mühafizə zonalarında müvafiq qurumlar tərəfindən torpaq ayrılması, vəzifəli şəxslər tərəfindən torpaq sahələri ilə bağlı qanunsuz qərarların verilməsi faktları araşdırılır.
Belə monitorinqlər Komitənin torpaq sahələrinə nəzarət uzrə torpaq mufəttişləri tərəfindən həyata kecirilir. Aparılmış monitorinqlər nəticəsində məlum olub ki, bəzi hallarda torpaqlar təyinatına uyğun istifadə edilmir, torpaqların ayrılmasında qanunsuzluqlara yol verilir, əsassız olaraq torpaqların kateqoriyası dəyişdirilir. Bəzi hallarda kənd təsərrufatı təyinatlı torpaqlar birbaşa məqsədləri ilə deyil, istehsalat, sənaye məqsədləri ucun istismar olunur. Belə torpaqlarda suni balıq gölləri, daş və gil-çınqıl karxanaları və sair obyektlər yaradılır. Bundan əlavə qanunla müəyyən edilmiş mühafizə zonalarında yaşayış və ya qeyri-yaşayış, meşə fonduna aid torpaq sahələrində kommersiya məqsədli obyektlər tikilir.
Bəzi hallarda torpaqların ust munbit qatının müxtəlif ərazilərə daşınması hallarına rast gəlinir ki, bu da torpaqların eroziyaya uğramasına səbəb olur. Son nəticədə, torpaq sahələrinin məqsədli istifadəsinin qarşısını alır, torpağın iqtisadi gəlirliliyini və səmərəsini azaldır.
Torpaq mufəttişlərinin apardığı monitorinqlər zamanı aşkar edilib ki, bir sıra hallarda vətəndaşlar onlara məxsus mülkiyyətin ətrafındakı torpaqları zəbt edir və hasarlayırlar. Müxtəlif təyinatlı torpaq sahələrinin özbaşına zəbt olunması və əsassız istifadəsi isə həm vətəndaşın, həm də dövlətin mülkiyyət mənafelərinin səmərəli qorunmasına maneələr yaradır.
Ən cox rast gəlinən problemli məsələlərdən biri də kommunikasiya xətlərinin (yuksək gərginlikli elektrik xətləri, avtomobil və dəmir yolları, magistral neft, qaz, su boru kəmərləri və s.) mühafizə zolağına aid torpaqların zəbt edilərək orada yaşayış evlərinin, sahibkarlıq və digər təyinatlı obyektlərin tikintisi hallarıdır. Bu hallar kommunikasiyaların istismarı zamanı çətinliklər yaratmaqla yanaşı, vətəndaşların həyatı üçün də ciddi təhlükə mənbəyidir.
Bunu nəzərə alaraq Azərbaycanda torpaqlardan təyinatsız istifadə, torpaq üzərində mülkiyət, icarə və istifadə hüquqlarının pozulması, torpaqların özbaşına zəbt edilməsi və sair pozuntulara qarşı cəzalar sərtləşdirilib. Belə ki, İnzibati Xətalar Məcəlləsinə edilmiş dəyişikliyə əsasən sahilboyu mühafizə zolaqları, vəzifəli şəxslər tərəfindən torpaq ayırma ilə bağlı verilən qanunsuz qərarlar, özbaşına tikintilər və ya tikintiyə qanunazidd icazənin verilməsi, mülkiyyət, icarə və istifadə hüququnu pozma ilə əlaqədar cərimələr təyin edilib. Bəzi pozuntulara gorə isə, inzibati tədbirlərlə yanaşı cinayət məsuliyyəti də nəzərdə tutulub. Cinayət Məcəlləsində edilən dəyişikliklərə əsasən, mülkiyyət, istifadə və ya icarə hüququ olmadan torpaq sahəsini özbaşına hasarlama, becərmə və ya dəyişdirmə, yaxud həmin torpaq sahəsini başqa üsullarla özbaşına tutmaya görə cəzalar müəyyən edilib. Belə qanunsuzluqlara yol verənlər 8-10 min manat cərimə və ya azadlıqdan məhrum etmə ilə cəzalandırılır.
İndiyədək komitə tərəfindən torpaq qanunvericiliyinin tələblərinin pozulması ilə bağlı 16709 hal aşkar edilib. İnzibati Xətalar Məcəlləsinin tələblərinə əsasən dövlət müfəttişləri tərəfindən 787 hal üzrə hüquqi və fiziki şəxslərə xəbərdarlıq edilib. İnzibati Xətalar Məcəlləsinə müvafiq olaraq 2015-ci ildə torpaq qanunvericiliyinin tələblərini pozan 156 şəxs barəsində inzibati tənbeh növü tətbiq edilmiş və 152 min manatdan çox inzibati cərimə tətbiq edilməsi barədə qərarlar qəbul olunmuşdur.
Xatırladaq ki, inzibati tədbirlərlə yanaşı, yerli icra hakimiyyətləri, bələdiyyələr, vətəndaşlar, fiziki və huquqi şəxslərlə geniş maarifləndirmə və izahat işləri aparılır. Bu məqsədlə regionlarda işguzar forumlar, seminar muşavirə və təlimlər kecirilir.
Butun bu tədbirlərin məqsədi torpaqlardan istifadə və sahilboyu torpaq sahlərində mulkiyyətcilərin, dovlətin və vətəndaşların hüquqlarının daha səmərəli təmin olunmasıdır. Belə tədbirlərin nəticəsində torpaqların məqsədli dövriyyəsinə qaytarılması, təyinatına zidd istifadədə olan torpaqların qanunauyğun şəkildə yenidən iqtisadi dövriyyəyə cəlb edilməsi təmin ediləcək.