17 yaşlı ispaniyalı velosipedçi İvan Melendes yarış zamanı aldığı xəsarətlər nəticəsində həyatını itirib.
"Unikal" xəbər verir ki, bu barədə Beynəlxalq Velosipedçilər İttifaqının (UCI) mətbuat xidməti məlumat yayıb.
İdmanşı "Vuelta Ribera del Duero" çoxgünlük yarışının ikinci mərhələsində kütləvi toqquşma nəticəsində qəza keçirib. Daha sonra aldığı ağır xəsarətlər səbəbindən vəfat edib.
Melendes "Tenerife-Cabberty" komandasında çıxış edirdi.