Türkiyənin "Cümhuriyet" qəzetinin rəhbəri Murad Sabuncu və qəzetin icra qurumunun rəhbəri Akın Atalay saxlanılıblar.

Unikal.org lent.az-a istinadən bildirir ki, bu gün səhər saatlarında polis Murad Sabuncunun, Akın Atalayın və qəzetin yazarı Güray Özün evində əməliyyat keçirib.

Hadisənin təfsilatları və həbsin səbəbi barədə hələlik məlumat verilmir.