Xəbər verdiyimiz kimi, 5 ay əvvəl itkin düşmüş şəxsin qəsdən öldürülməsi faktı müəyyənləşib.
"Unikal"ın əldə etdiyi məlumata görə, qətlə yetirilən Qazax rayonunun Aşağı Salahlı kənd sakini, 1994-cü il təvəllüdlü Tamerlan Sadıqov Vətən müharibəsi iştirakçısı olub.
Mərhum "Vətən müharibəsi iştirakçısı" və "Qubadlının azad olunmasına görə" medalları ilə təltif edilib.
Qeyd edək ki, T.Sadıqov həmkəndlisi, 1988-ci il təvəllüdlü Xaliq Məmmədrzayev tərəfindən qəsdən öldürülüb.
Anar Kəlbiyev