Daxili işlər orqanlarında yeni təyinat olub.

Unikal.org report-a istinadən bildirir ki, polis polkovnik-leytenantı Elmir Hüseynov Nizami Rayon Polis İdarəsinin (RPİ) 25-ci Polis Bölməsinə rəis təyin edilib.

E.Hüseynov bu təyinata qədər Bakı Şəhər Baş Polis İdarəsində çalışıb.
Xatırladaq ki, bir neçə ay əvvəl 25-ci Polis Bölməsinin rəisi polis polkovnik-leytenantı Rafael Albabayev vəzifəsindən azad edilərək 23-cü Polis Bölməsinə rəis təyin edilmişdi.