Ölkəmizdə boşanma statistikasının acınacaqlı vəziyyətdə olduğu bir dönəmdə boşanmanın yeni orijinal səbəbi yaranıb. İnternet texnologiyalarının inkişafı deyəsən bizim bir çox ailələrimizə heç də yaxşı təsir etməyib. Sosial şəbəkələrin evli kişilərlə yanaşı, qadınların da istifadə profilinə uyğun istifadə olunmaması sonda boşanmaya səbəb olur.
"Qadın Təşəbbüsü və Sosial problemlərin həllinə yardım İctimai Birliyinin sədri Zemfira Mustafayeva Unikal.org- a bildirdi ki, sosial şəbəkələrə insanların çox aludə olması boşanmalarla yanaşı, məişət zorakılığına, sui-qəsd və intihar hallarına da gətirib çıxarır: "Boşanmaların əksəriyyəti sosial şəbəkələrdə baş verən yazışmalardır. Məsələn gənc qadındır, kimsə ona sosial şəbəkədə dostluq təklif edir və xoş söz deyir və o buna aludə olur. Çünki o ailədə o qayğını görmürsə, qayğı ilə əhatə olunmursa və digər tərəfdən hansısa bir xoş söz deyiləndə və yaxud da kiçik bir məhəbbət etirafı olanda vəziyyət dəyişir.
Z.
Mustafayeva deyir ki, sosial şəbəkələrə aludəçilik ailə qarşısında heç
bir öhdəçiliyin yaranmamasına səbəb olur. O, mövzuyla əlaqədar təcrübəsində baş
vermiş ailədaxili münaqişələrdən danışdı: "Bu yaxınlarda bir xanımla
söhbət etmişəm. Deyir ki, əgər mənə həyat yoldaşım istədiklərimi verə bilmirsə,
digər bir insan mənə bunu təklif edirsə, mən niyə həyat yoldaşımı atıb ona
getməyim? Görüsünüzmü bizim gənclərin təxəyyülündə nələr formalaşır. Bu
insanlar üçün ailənin müqəddəsliyi, ailə dəyərləri çox adiləşib.
Birlik
rəhbəri son vaxtlar məhkəmələrə edilən müarciətlərin artdığını və boşanma
hallarında əsasən sosial şəbəkələrin çoxluq təşkil etdiyini də qeyd etdi: "Hazırda
məhkəmələrə boşanmalarla bağlı müraciət edənlərin əksəriyyəti sosial
şəbəkələrin fəsadlarıdır. Bizə yardım almağa gələnlərin əksəriyyəti əsasən bu
mövzuda müraciət edirlər. Bu yaxınlarda ailəli bir xanım bizə yazır ki, həyat
yoldaşı ona xəyanət edib. Və bir müddət ayrılıblar. Və digər bir insanla
yazışıb və o insan da ona xoş sözlər vəd edib. Qadın həmin insanla tanış
olublar. Guya aralarında sevgi olub. Sonradan isə ailəsi ilə barışıb. Amma
həımin insanı yaddan çıxara bilmir. Hər bir insanını həyatında boşluq ola
bilər. Bu narazılıqlar, boşluq olanda əsasən qadınlar kənarda bir məhəbbət
axtarırlar. Bu da sonda boşanmalara gətirib çıxarır. Belə nəticəyə gəlmək olar
ki, bizim insanlar hələ internet azadlığına hazır deyillər.
E. Ağayev
qeyd etdi ki, insanlar, xüsusən də ailələr diqqətli olmalı, qabaqlayıcı tədbir
görmək lazımdır. Söhbət ailədən gedirsə, mövcud problemin həlli yollarından
biri sosial şəbəkələrin, mobil telefonların şifrəsi olur: "Bu şifrəni
həyat yoldaşlarının bilməsi vacibdir. Ən azından bu tərəflər arasında
məsuliyyət, güvən yaradacaq. Yox, əgər kiminsə xislətində xəyanət etmək varsa,
o başqa adla sosial şəbəkədə qeydiyyatdan keçəcək və məqsədinə çatacaq. Elə
ailələr var ki, qadının ehtiyatdan 1-2 dənə də telefonu var. Kişi evə qalxanda
gizlədir. Bu ayrı bir problemdir. Ümumi problemdən danışırıqsa, ailə daxili
münasibətlər şəffaf olmalıdır və tərəflərin bir-birinin qarşısında öhdəliyi
olmalıdır.