Azərbaycan Respublikası Ərazilərinin Minalardan Təmizlənməsi üzrə Milli Agentlik bu gün Ağdam rayonunda aşkar olunmuş Partlamamış Hərbi Sursatlar (PHS) haqqında hesabatı açıqlayıb.

ANAMA-dan Unikal.org-a verilən məlumata görə, Ağdam rayonu Qaradağlı kəndində 1 əkin sahəsinə baxış keçirilib, 1 ədəd piyada əleyhinə mina (OZM-72) aşkar edilərək götürülüb, nəticə etibarilə 5 000 kv.m. ərazi yoxlanılıb.