2013-cü ildə "terror təşkilatına üzv olmaq" , "qadın alveri" ilə təqsirləndirilən D.A.B. 19 ay həbsxanada olduqdan sonra sərbəst buraxılıb. O, ötən gün məhkəməyə çıxarılıb. D.A.B. məhkəmədəki ifadəsi ilə hər kəsi təəccübləndirib.

Unikal.org "Milliyet"ə istinadla bildirir ki, o, ifadəsində bildirib ki, 2009-cu ildə "genel ev" ( rəsmi fahişəxana) açmaq istəyib və bələdiyyə rəisinə müraciət edib. Lakin onun təklifi rədd edilib.

D.A.B. məhkəmədə iddia edib ki, onun təklifi rədd edildikdən sonra FETÖ üzvü olan polis məmurları ona yaxınlaşaraq: "Sənə 1 milyon dollar veririk, bu işi qur, ortaq olaq, heç kim sənə dəyib-dolaşmayacaq. Amma hər ay "camaat"a qadın başına 3-6 min dollar pul köməkliyi edəcəksən", - deyiblər. FETÖ-çülər onun təklifini rədd edən kişiyə bir neçə dəfə təklif göndəriblər. Kişi isə razılaşmayıb.

İddialara görə, onu həbsə saldıran da FETÖ-çülər olublar.

Məsələ ilə bağlı araşdırma aparılır.