Kürdəmirdə poliklinikada yanğın olub.
Unikal.org Fövqəladə Hallar Nazirliyinin saytına istinadən məlumat verir ki, Kürdəmir şəhərində Səhiyyə Nazirliyinə məxsus ümumi sahəsi 2940 kv.m olan ikimərtəbəli poliklinika binasının zirzəmisində elektrik kabeli 4 p.m yanıb.
Yanğın zamanı poliklinikanın 1-ci mərtəbəsindən yanğınsöndürənlər tərəfindən 22 nəfər (onlardan 9 nəfər uşaq, 13 nəfər xəstə) tüstülənmiş ərazidən təxliyə olunub.
Poliklinika binası yanğından mühafizə olunub. Yanğın yanğınsöndürənlər tərəfindən söndürülüb.