Bakıda xarici ölkə vətəndaşının meyiti tapılıb.
Unikal.org lent.az-a istinadən məlumatına görə, hadisə Port Baku Residence-dəki otaqlardan birində baş verib.
Paytaxtda fəaliyyət göstərən xarici neft şirkətlərindən birində işləyən Böyük Britaniya vətəndaşı, 1960-cı il təvəllüdlü Con Holsted Friman öz otağında hələlik dəqiqləşməmiş səbəbdən vəfat edib.
Onun üzərində zorakılıq əlaməti aşkarlanmayıb.