Bakı-Sumqayıt marşrutu ilə hərəkət edən elektrikqatarında nasazlıq yaranıb.

Unikal.org xəbər verir ki, "Report"un hadisə yerində olan əməkdaşının verdiyi məlumata görə, qatar hərəkətə başladıqdan 5 dəqiqə sonra elektrik verilişi kəsilib. Nəticədə qatar 10 dəqiqə yolda qalıb. Havasızlıq səbəbindən ortayaşlı qadının halı pisləşib. Hazırda ona ilkin tibbi yardım göstərilir.

Qatar 10-12 dəqiqəyədək çəkən nasazlığın aradan qaldırılmasından sonra yola düşüb.