Bakıda universitet tələbəsi yeraltı piyada keçidində yıxılaraq ağır xəsarət alıb.

Unikal.org report-a istinadən xəbərinə görə, hadisə Yasamal rayonunda baş verib.

Belə ki, Azərbaycan Universitetinin üçüncü kurs tələbəsi 19 yaşlı Əhmədova Şəbnəm Telman qızı dərsdən evə gedən zaman Şəmsi Bədəlbəyli küçəsindəki yeraltı piyada keçidindən istifadə edib. O, yağışlı hava şəraiti olduğundan pilləkənlərdən sürüşərək yıxılıb.

Nəticədə Ş.Əhmədova kəllə-beyin travması və bədən xəsarətləri alıb. Xəstəxanaya yerləşdirilən Ş.Əhmədovanın vəziyyəti orta-ağırdır.

Faktla bağlı araşdırma aparılır.