Türkiyənin "Ziraat Bankası Azərbaycanda tərəfdaşlıq etdiyi bankı satışa çıxarır.

Unikal.org Qafqazinfo-ya instinadən xəbər verir ki, bu barədə "Ziraat Bankasının baş direktoru Hüseyn Aydın Türkiyədə keçiridiyi mətbuat konfransında danışıb. Direktorun sözlərinə görə, Azərbaycanda ortaq olduqları bankı satmağı düşünürlər. H.Aydın"Tərəfdaşlıqdan yavaş-yavaş çəkilməyi və bankı Azərbaycan Maliyyə Nazirliyinə satmağı düşünürük. Yaxın günlərdə satışın tamamlanması planlaşdırılır,- deyib .

Qeyd edək ki, "Ziraat Bankasının Azərbaycanda "Azər-Türk Bankda səhmləri mövcuddur.

Ölkədəki "Ziraat Bank Azərbaycan isə tam olaraq Türkiyənin "Ziraat Bankasına məxsusdur.

***

Türkiyənin "Ziraat Bank"ı "Azər Türk Bank" ASC-dəki payını satmaq niyyətindədir. 

Unikal.org apa-ya xəbər verir ki, bunu "Ziraat Bank"ın baş icraçı direktoru Hüseyn Aydın bildirib.

"Bilirsiniz ki, Azərbaycanda səhmlərinin 100%-i bizə aid olan "Ziraat Bank Azərbaycan" fəaliyyət göstərir. Bununla yanaşı, "Ziraat Bank" başqa bir dövlət bankında ("Azər Türk Bank" ASC - red.) səhmdardır. Biz tədricən həmin bankdakı səhmlərimizi Azərbaycanın Maliyyə Nazirliyinə satmaq niyyətindəyik. Yaxın günlərdə əqdin bağlanacağı gözlənilir", - deyə H. Aydın bildirib.