Azərbaycanda turizm şirkətlərinin məsuliyyəti nə vaxt artacaq?
14:24 15-03-2012
CƏMİYYƏT
Azərbaycanda turizm şirkətlərinin məsuliyyəti nə vaxt artacaq?
Hazırda ictimai müzakirəyə çıxarılan "Turizm haqqında" qanun layihəsi təsdiqlənərsə, ölkədə turizm şirkətləri ilə yanaşı, turoperatorlar da olacaq. Bunu Azərbaycan Turizm Assosiasiyasının sədri Nahid Bağırov deyib. Sədrin fikrincə, turoperatorların yaradılması ölkədəki turizm şirkətlərinin fəaliyyətini məhdudlaşdırmayacaq, əksinə, turoperatorların yaranması nəticəsində turizm şirkətlərinin məsuliyyəti artacaq.
Turizm sahəsi inkişaf etmiş bütün dövlətlərdə turoperatorların yaranması təcrübəsinin olduğunu deyən
Bağırovun sözlərinə görə, turizm şirkətlərinin məsuliyyətinin artması Azərbaycan turistlərinin mənafeyinə yönəlmiş bir addımdır.
AZTA sədri bildirib ki, turoperator məhsul yaradan, turizm şirkəti isə turoperatorun məhsulunu satandır. Turoperatorun öhdəliyi çox yüksəkdir. "Turoperator turistin səfərinə cavabdeh olan qurumdur. Məsələn, turist səfər üçün bir şirkətə müraciət edir, şirkət onu yola salır. Amma çox hallar olur ki, xaricdə turist müəyyən problemlərlə üzləşir. Turoperator bunların hamısına cavabdehdir", - Bağırov əlavə edib.
O bildirib ki, turoperatorun böyük bank öhdəliyi olur. Bu isə o deməkdir ki, turoperator müflis olduqda turistlərlə yaranan bütün problemlər bank zəmanəti əsasında həll edilir, turistlərin bütün xərcləri ödənilir.
Bağırov bütün dövlətlərdə turoperator lisenziyası almaq üçün böyük məbləğdə bank təminatının tələb edildiyini qeyd edib. "Bu gün turizm şirkətləri üçün lisenziya aldıqda bank zəmanəti lazım deyil. Bu şərt yoxdur. Amma turist xaricə getdikdə onun səfərlə bağlı problemi yaranarsa, şirkət də müflis olarsa, onun hotel xərclərini, qayıdış xərclərini kim ödəyəcək? Bu halda turist nə etməlidir? Amma turoperator olduqda o, bütün məsələlərə cavabdeh olacaq. Çünki turoperator üçün müəyyən məbləğdə bank təminatının olması şərtdir. Həmin bank təminatı hesabına problemi yaranan turistin xərcləri ödəniləcək", - Bağırov əlavə edib.
O, bildirib ki, Azərbaycanda turoperator kimi fəaliyyət göstərən qurumlar var. Amma onları turoperator adlandırmaq olmaz. Çünki onların lisenziyasında fəaliyyət növü turizm şirkəti kimi göstərilib.
Könül Ağamalı
Digər Xəbərlər
2024-12-25 16:57:06
2024-12-25 16:49:00
2024-12-25 16:45:22
2024-12-25 16:44:42
2024-12-25 16:31:18
2024-12-25 16:21:30
2024-12-25 15:50:33
2024-12-25 15:30:00
2024-12-25 15:29:00
2024-12-25 15:21:27
2024-12-25 15:21:06
2024-12-25 15:10:55
2024-12-25 14:55:04
2024-12-25 14:52:45
2024-12-25 14:52:00
2024-12-25 14:43:22
2024-12-25 14:22:00
2024-12-25 14:20:39