Lerik rayonunda dağ uçqunu nəticəsində yolu kəsən qaya parçası partladılıb.
Unikal.org "Reporta istinadən xəbər verir ki, ötən gecə Lerik-Qosmalian- Kəlvəz avtomobil yolunun 10-cu km-də "Dağlar qapısı deyilən ərazidə təkrar baş verən qaya uçqunları nəticəsində bağlanmış yol hissə-hissə təmizlənib.
Yol istismar idarəsinin texnika və canlı qüvvəsi bütün gecəni ərazidə təmizləmə işləri ilə məşğul olub. Onlar hərəkəti qismən bərpa edə biliblər.
Sakinlərin sözlərinə görə, səhər saat 5 radələrində yolun üstündə böyük maneə olaraq qalaq nəhəng qaya parçası da dinamitlə partladılıb.
Hazırda rayon mərkəzi ilə 50 yaşayış məntəqəsini birləşdirən yolda hərəkət normal şəkildə davam edir.