Xəbər verdiyimiz kimi, oktyabrın 27-də axşam saatlarında Cəlilabadda su bəndinin partlaması nəticəsində Bakı-Astara yolu bağlanmışdı. Müvaffiq qurumlar tərəfindən aparılan tədbirlər nəticəsində yol sel sularından təmizlənmiş və hərəkət bərpa edilmişdi.

Unikal.org-un məlumatına görə, hadisədən 7 gün keçməsinə baxmayaraq Cəlilabadın mərkəzi hissəsində yol hələ də yağış sularından təmizlənməyib. Hazırda suyun gətirdiyi zibillər  yolda avtomobillərin hərəkətinə maneə yaradır.

Sakinlər sosial şəbəkələrdə rayon rəhbərliyinin bu cür məsuliyyətsiz yanaşmasına öz etirazlarını bildiriblər. 

Unikal.org Cəlilabadın mərkəzi hissəsindən çəkilən fotoları oxuculara təqdim edir.