Türkiyədə polis əxlaqsızlıq yuvasına basqın edib.

Unikal.org "gazetevatan"a istinadla bildirir ki, Adanadakı evdə içəridə fahişənin "iş başında" olduğuna əmin olan polis evin qapısını döyüb. Qapını açan Kadir adlı sutenyor polisi görüb, özünü itirib. O, vəziyyətdən çıxmaq üçün fahişəyə "nişanlım" deyib.

"Evdə məndən və nişanlımdan başqa heç kim yoxdur".

Kadir və əxlaqsızlıqla məşğul olan Merve saxlanılıblar. Qadın sərbəst buraxılsa da, Kadir qadınları fahişəliyə məcbur etdiyinə görə həbs edilib.